Ötən ayların birində veriliş zamanı "Beşiktaş"ın baş məşqçisi Sərgən Yalçına qarşı işlətdiyi ifadələrə görə, gündəmə gələn və "ağ-qaralar"ın azarkeşləri tərəfindən kəskin tənqidlərə məruz qalan idman aparıcısı Nazlı Canyurt işindən ayrılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə xanım jurnalist özü məlumat verib. "BeIN Sports"dakı işindən ayrılan Canyurt bunu belə izah edib:

"Əslində çoxdan bu barədə qərar vermişdim, ancaq bəzi səbəblərdən bunu ertələməli oldum. Hörmətli Sərgən Yalçını və "Beşiktaş" cameəsini istəmədən sözlərimlə incitmişdim. Bundan təəssüf hissi keçirirəm"

Qeyd edək ki, gənc aparıcı veriliş zamanı Sərgən Yalçının adını çəkmək əvəzinə "X hoca" sözünü işlətmişdi. Bunun ardınca Nazlı Canyurt ciddi qınaq obyektinə çevrilmişdi.

6030b774ae298b3db5af77a0

6030b753ae298b3db5af779b

6030b75fae298b3db5af779d

6030b76e66a97c272a3831cc