Türkiyənin tanınmış aktyoru Can Yaman və cazibədar xanım şərhçi Diletta Leottanın münasibətdə olduğu təsdiqlənib.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı aktyor "instaqram" hesabında Diletta ilə şəklini paylaşıb. "Təhlükəli cütlük" sözlərini qeyd edən Can, bu paylaşımı ilə sevgili olduqları ilə bağlı iddiaları doğrulayıb.
Qeyd edək ki, bir müddət öncə cütlüyün İtaliyada oteldə qaldığı, daha sonra isə Diletta Leottanın "Osmanlı" serialında rol aldığı üçün yalandan münasibətdə olduğu xəbərləri yayılmışdı.