İtaliyanın məşhur xanım şərhçisi Diletta Leotta "Osmanlı" serialında rol alacaq.
Offsideplus.az xəbər verir ki, bir müddət öncə İtaliya mətbuatı tərəfindən Leotta və türk aktyoru Can Yamanın eşq yaşadığı iddiası irəli sürülmüşdü. Son məlumatlara görə, xanım şərhçi Türkiyədə yayımlanan "Osmanlı" serialında oynayacaq. Bu səbəbdən də özünü Türkiyəyə tanıtmaq üçün reklam şirkətlərinə özünün Can Yamanla sevgili olduğunu bildirib.
Bundan əlavə, Dilettanın son günlərdə Türkiyəyə gələcəyi və serialda sarışın xanım rolunu oynayacağı qeyd olunur.