"Yuventus"un hücumçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigesi ad günü münasibətilə təbrik edib.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı ulduz Corcinaya xüsusi şam yeməyi və ona güllər hədiyyə edib.
Bundan əlavə, o, 27 yaşını qeyd edən modellə birlikdə şəklini paylaşaraq bu sözləri yazıb:
"Həyatımın eşqi şərəfinə!"