Ingiltərə Premyer Liqasında çıxış edən "Brayton"un futbolçusu özünü biabır edib.
Offsideplus.az xəbər verir ki, Ben Uayt "Spotify"da "seks" adlı pleylist açıb. İlk baxışdan burda təəccüblü bir şey yoxdur. Təəccüblü olan 23 yaşlı futbolçunun bunu izləyiciləri üçün açıq saxlaması olub. Çox güman, unudub.
Mark adlı izləyici futbolçunun pleylistinin hər kəs üçün açıq olduğunu görüncə, Uaytın köməyinə çatıb. Belə ki, "tvitter"də paylaşım edərək bu sözləri yazıb: "Salam, Ben Uayt. Bildirmək istəyirəm ki, sənin pleylistin hər kəs üçün açıqdır". Bu mesajdan sonra "Brayton"un üzvü özünü itirərək pleylisti gizli etmək əvəzinə, ordakı albomları silib.
Qeyd edək ki, Ben cari mövsümdə "Brayton"un heyətində 18 oyunda meydana çıxıb, 2 sarı vərəqə almaqla yadda qalıb.