Buxarest "Dinamo"sunda çıxış edən Maqaye Qeye Lauretta adlı sevgilisinə bahalı hədiyyə verib.

Offsideplus.az Prosport-a istinadən xəbər verir ki, 30 yaşlı forvardın sevgilisi mağazadan çıxarkən görüntülənib. Tanınmış model qolundakı bahalı saatla diqqət çəkib. "Audemars Piguet" markalı saatın qiymətinin 30 000 avro (təxminən 62 000 manat) dəyərində olduğu bildirilir.

Qeyd edək ki, Maqaye Qeye bir müddət öncə cakkuzidə qızlarla əylənərkən görüntülənib. Bu hərəkətindən sonra "Dinamo" klub rəsmisi futbolçunun komandadan atılmalı olduğunu bildirib.

 

AH7B9292 scaled 1