Futbol karyerasını bitirdikdən sonra moda simgəsinə çevrilən Devid Bekhem və müğənniliyi buraxıb moda dizayneri olan Viktoriya Bekhemin oğlu Romeo da moda sektoruna girişib.

Offsideplus.az xəbər verir ki, 18 yaşlı Romeo Bekhem artıq bir çox brendlərin çalışmaq istədiyi modeldir. Belə ki, gənc ulduz yaxın zamanlarda Londona yollanaraq məşqhur "Vogue" jurnalı üçün kamera qarşısına keçib. Romeonun bu fotosessiyası jurnalın üz qabığına belə çıxıb.

Devid və Viktoriya Bekhem "İnstaqram" hesablarında oğullarına dəstək olub, qürur duyduqlarını bildiriblər.