Məşhur amerikalı boksçu Floyd Meyvezer striptizçi sevigilisinin ailəsi qadağa qoyub.
Offsideplus.az The Sun nəşrinə istinadən xəbər verir ki, buna səbəb Meyvezerin keçmişdə sevgililərinə şiddət göstərməsidir. Belə ki, Anna Monronun atası qızının eyni taleyi yaşamasından narahatdır.
Ailəyə yaxın bir şəxsin verdiyi açıqlamaya görə, Anna ailəsinin və atasının qadağalarına qarşı gələrək münasibəti davam etdirmək fikrindədir. Gənc xanım 43 yaşlı boksçunun sərvətinə görə heç nəyi vecinə almır.
Qeyd edək ki, Floyd Meyvezor daha öncə Cozie adlı sevgilisinə şiddət göstərmiş və 2 aylıq həbs cəzası almışdı.