Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının və "Sabah" klubunun üzvü Ozan Can Kökçü ailə qurub.

Offsideplus.az xəbər verir ki, nikah mərasimi gənc yarımmüdafiəçinin doğulub boya-başa çatdığı Niderlandın Hofddorp şəhərində gerçəkləşib. Karantinlə əlaqədar mərasim məhdud çərçivədə baş tutub.

Qeyd edək ki, Ozan Can Kökçü Azərbaycanın U-21 yığmasına 2017-ci, "Sabah"a isə 2019-cu ildən cəlb olunub. Onun qardaşı Orkun Kökçü Türkiyənin əsas millisində və Niderland "Feyenord"unda forma geyinir (Report).

 01d8b15a cdd6 3ded 9cb0 90aed809ccd7

b965c90c c1e1 3537 9d0b f7256eb85c3d

 

f8a53824 4132 34d5 a230 588953be8480 850

78cc1c8c 562f 3c4f a622 d70800a53656