"Sevilya"nın futbolçusu İvan Rakitiç həyat yoldaşı barədə açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı hücumameyilli yarımmüdafiəçi bu barədə The Players' Tribune nəşrinə danışıb. 2017-ci ildə baş tutan müsahibədə xanımı Raquel Mauri ilə ilk tanışlığından söz açan sabiq "Barsa"lı ona 20-30 dəfə sevgili olmağı təklif etdiyini bildirib.
"Necə izah edəcəyimi bilmirəm, onu görərkən sanki içimə bomba düşmüşdü. Bir neçə həftə sonra ispanca öyrənməyə başladım. Sözləri yaxşı izah edə bilmədiyimdən əl jestlərindən istifadə edirdim. Bu ona gülməli gəlirdi, belə deyirdi: "Mən Ceynəm, sən isə Tarzan..." Ona ən azı 20-30 dəfə görüşməyi təklif etmişdim. O heç vaxt "yox" deməmişdi, lakin razı olduğunu da bildirmirdi".