"Beşiktaş"ın keçmiş futbolçusu Kevin Prins Boatenq və həyat yoldaşı ayrılıq qərarı verib.
Offsideplus.az xəbər verir ki, hazırda "Monza"da çıxış edən Boatenq 2011-ci ildən birlikdə olduğu xanımından ayrılıb. Məşhur cütlük bu xəbəri sosial şəbəkə hesablarında açıqlayıblar.
Qeyd edək ki, model olan Melissa Satta cütlüyün övladı olan Maddoksun anasıdır.