Rusiyalı futbolçu atdığı addımla diqqət mərkəzinə düşüb.
Rusiya millisinin və "Spartak"ın hücumçusu Aleksandr Kokorin anasını sevindirib.
Offsideplus.az xəbər verir ki, təcrübəli forvard avtoparkında olan 20-yə yaxın maşını anasına hədiyyə edib. Onların arasında BMW X7M, Lamborghini Aventador, Mercedes-AMG E63S, Porsche Macan Turbo, Audi Q3, Rolls Royce kimi modellər, həmçinin retro avtomobillər var.
Maşınların dövlət nömrə nişanlarındakı seriyalar da marağa səbəb olub: ВОР, ХАМ, МУА, КОК, ККК.
Kokorin avtoparkını 48 yaşlı anası Svetlana Fyodorovnanın adına keçirib. Təbii ki, lazım olanda özü də istifadə edəcək.