Paytaxtda yaşayan futbolçuların daşınmaz əmlakları gizli qalsa da, bölgələrdə bunu sirr saxlamaq mümkün deyil.
Futbolçunun hansısa rayonda obyekti varsa, bu, "filankəsin obyekti" kimi tanınır.
Offsideplus.az xəbər verir ki, şəkildə gördüyünüz bina Şabranın mərkəzində - Heydər Əliyev prospektində Kamran Ağayevin, ya da atası Adil dayının obyekti kimi məşhurdur. Özləri işlətmir, daşınmaz əmlak klimi saxlayıb müxtəlif şəxslərə icarəyə verirlər. Məsələn, üst mərtəbəni "Azər Kredit" kirayələyibmiş. Bank təşkilatı fəaliyyətini dayandırandan sonra mərtəbə boşaldılıb. Birinci mərtəbədə isə "Bahar" mebel salonu yerləşirmiş. O da pandemiyaya görə bağlanıb. Hazırda yalnız "Çay Evi" fəaliyyətini davam etdirir. Bu gün ölkədəki vəziyyətlə bağlı kafe-restoranlar işləmədiyindən, Kamranın obyektində Şabran çayından dada bilmədik.
Obyektin şəkillərini təqdim edirik.