Əsas millidə debüt etməyə imkan tapan Amin Seydiyevdən xəbər var.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı futbolçu ailə həyatı qurub. "Qəbələ" Futbol Akademiyasında yetişən, bu il "Sabah"la anlaşan müdafiəçinin özü üçün seçdiyi ömür-gün yoldaşı da tanınmış şəxsdir. Bu, qadınlardan ibarət Azərbaycan milisinin üzvü Aysun Əliyevadır.
Cütlük şəxsi "instaqram" səhifələrində evləndiklərini qeyd edib. Hətta Aysun soyadını dəyişərək "Seydiyeva" kimi göstərib. Buna baxmayaraq, hər ikisinin üzü görünən birgə şəkilləri yoxdur.
Qeyd edək ki, vaxtilə "Neftçi"nin və millinin digər üzvü Namiq Ələsgərov da futbolçu Nigar Cəlilli ilə ailə qurub.