Əsas millidə debüt etməyə imkan tapan Amin Seydiyevdən xəbər var.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı futbolçu ailə həyatı qurub. "Qəbələ" Futbol Akademiyasında yetişən, bu il "Sabah"la anlaşan müdafiəçinin özü üçün seçdiyi ömür-gün yoldaşı da tanınmış şəxsdir. Bu, qadınlardan ibarət Azərbaycan milisinin üzvü Aysun Əliyevadır.

Cütlük şəxsi "instaqram" səhifələrində evləndiklərini qeyd edib. Hətta Aysun soyadını dəyişərək "Seydiyeva" kimi göstərib. Buna baxmayaraq, hər ikisinin üzü görünən birgə şəkilləri yoxdur. 

Qeyd edək ki, vaxtilə  "Neftçi"nin və millinin digər üzvü Namiq Ələsgərov da futbolçu Nigar Cəlilli ilə ailə qurub.

a3f7621b b7df 4268 ab9f 4079613680f1

785a9ff1 a689 4477 b7e6 89a5cba71d6f

d1d8d2b4 dab0 4025 a037 857595219664

Aysun

b31827ca 52eb 4b97 bdf6 fc1a7bfe58a3