Mario Götzenin həyat yoldaşı Enn-Ketrin ulduz futbolçunun gələcək karyerası barədə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, "Borussiya Dortmund" ilə müqaviləsi başa çatan, Türkiyənin "Qalatasaray" klubunun transfer siyahısında yer alan alman oyunçunun başqa klubla razılığa gəldiyini bildirən Enn-Ketrin klubun adını deməkdən yayınıb.

Azarkeşlərdən birinin "Mario gələn mövsüm hansı klubda oynayacaq?" sualına Ketrin belə cavab verib:

"Buna indi cavab verə bilmərəm".

Ketrinin Götzenin başqa klubla razılığa gəldiyini deməsi və hansı klub olduğunu açıqlamaması ulduz futbolçunun azarkeşlərini əsəbləşdirib.