Neymarla çəkildiyi reklam filmi ilə gündəm olan türk model Elif Aksu keçdiyimiz aylarda "Real Madrid"in ulduz oyunçusu Vinisius Juniorla "Barselona" üzərində qələbəni qeyd edərkən görüntülənmişdi.

 Offsideplus.az xəbər verir ki, E. Aksu "Real"ın "Barselona" üzərində 2-0 hesablı qələbəsi ilə yekunlaşan matçı tribunadan izləmiş, ardınca Vinisusla qələbəni qeyd etmişdi. O anları "Instagram" hesabından paylaşan futbolçu "dostum" yazsa da, ürək emojisi qoymuşdu. Bu paylaşım "aralarında münasibət varmı?" sualını doğurmuşdu.

Elfi Aksu ilə Vinisius son olaraq bir markanın reklam çəkilişində bir araya gəliblər. Elif çəkilişdən kiçik video paylaşıb.

Edd41DVXkAIexyK