Sinxron üzgüçülüyün gənc ulduzlarından olan Varvara Subbotinanın "Instagram" aludəçisi olduğu üzə çıxıb.
Offsideplus.az xəbər verir ki, 19 yaşlı rusiyalı idmançı özü bu barədə məlumat verib. O bildirib ki, yarış yoxdursa, gündə ən azı 6 saat sosial şəbəkədə vaxt keçirir.
Qeyd edək ki, Varvara Subbotina dünya çempionatında 4, Avropa çempionatında 2 qızıl medal qazanıb.