Məşhur fransalı futbolçu Adil Rami haqda maraqlı məlumatlar yayılıb.

Offsideplus.az xəbər verir ki, bu ilin fevral ayında "Fənərbağça"dan Rusiyanın "Soçi" klubuna transfer edilən futbolçunun keçmiş komanda yoldaşı Aleksandr Kokorin onun haqqında danışıb.

29 yaşlı Kokorin "YouTube"da ukraynalı futbolçu  Aleksandr Əliyevlə canlı yayım zamanı Raminin məşhur aktrisa Pamela Andersonla olan macəralarından danışıb.

Kokorin deyib ki, Adil Rami bir gecədə 12 dəfə aktrisa ilə cinsi münasibətdə olub:

"Rami bizə Pamela Andersonla aralarında olan münasibətlərdən danışırdı. Bunlar bizə çox maraqlı gəlirdi. O deyirdi ki, bir gecədə Pamela ilə 12 dəfə cinsi münasibətdə olub. Rami həmçinin aktrisanın həyatındakı ən yaxşı qadın olduğunu da deyirdi".