"Çelsi” yeni transferi Timo Vernerin keçidini tezliklə rəsmən açıqlaya bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

“Zadəganlar”ın transferi 72 saat ərzində açıqlaması gözlənilir. Verner üçün Bundesliqa klubuna 54 milyon funt-sterlinq ödənəcəyi bildirilib.

Qeyd edək ki, 24 yaşlı hücumçu bu mövsüm 41 oyunda meydana çıxıb, 31 qol vurub, 13 məhsuldar ötürmə edib.