Braziliya millisinin və PSJ klubunun futbolçusu Neymarın anası Nadin Qonsalveslə keçmiş sevgilisi Tyaqo Ramos arasında xoşagəlməz hadisə yaşanıb.
Offsideplus.az xəbər verir ki, cənubi amerikalı ulduzun anası kiberidmançı ilə sevgili olduqlarını bəyan etdikdən qısa müddət sonra Tyaqonun əvvəllər bir neçə kişi ilə görüşdüyünü bilib malikanəsindən qovmuşdu. Ayrıldıqdan sonra cütlük arasında yenidən mübahisə yaşanıb.
“4k Easy” klubunun heyətində “Free Fire” mobil qurğular üçün kral döyüşlərində iştirak edən Tyaqo hadisədən bir qədər sonra qolunda kəsiklərlə xəstəxanaya yerləşdirilib. Həkimlər onun qoluna 12 tikiş qoyublar.
Daha sonra cütlük ifadə vermək üçün polis bölməsinə çağırılıb. Hadisənin hansı şəraitdə baş verdiyi bəlli deyil.