PSJ-nin ulduz futbolçusu Neymarın anası 10 gün əvvəl münasibətə başladığını açıqladığı gənc sevgilisindən ayrılıb.
Offsideplus.az xəbər verir ki, münasibətin bitməsinə səbəb sevgilisinin kişilərlə münasibəti barədə xəbər tutması olub.
52 yaşlı Nadina Qonçalves ötən həftə "İnstagram" hesabında 23 yaşlı Tiaqo Ramosla münasibətə başladığını bir foto ilə açıqlamışdı. Neymar fotonu bəyənərək "xoşbəxt ol, ana, səni çox sevirəm" yazmışdı.
Nadinanın 2016-cı ildə boşandığı əri, Neymarın atası da bu münasibətə dəstək vermişdi.
Breazilyalı jurnalist Fabia Oliveira bir neçə gün əvvəl Tiaqo Ramosun Neymarın anasından öncə bir neçə kişi ilə münasibətinin olduğunu yazmıştı. Daha sonra bunu təsdiqləyən keçmiş sevgililəri də oldu.
Bunu öyrənən Nadina Qonçalves sevgilisi ilə münasibəti bitirib.