"Breşiya”nın prezidenti Massimo Çellino Mario Balotelliyə qadağa tətbiq edib.
Offsideplus.az xəbər verir ki, prezident Marioya italyan pornoulduz Rokko Sifreddi ilə danışmağa qadağa qoyub.
Balotelli karantin dövründə "İnstagram” səhifəsində canlı bağlantılar təşkil edir. Onun efirdəki qonaqları isə məşhur simalar olur. Marionun növbəti qonağı pornoulduz Rokko Sifreddi olacağı bildirilir. Klubdan ona bu görüşü ləğv etməsi ilə bağlı xəbərdarlıq edilib. Balotelliyə bunun prezidentin göstərişi olduğu deyilib.
Qeyd edək ki, Mario "Breşiya”ya 2019-ci ildə "Marsel”dən keçib. Onun klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir.