Amerikalı məşhur qolfçu Peyc Sperinak maraqlı etirafla gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, o keçmişdə sevgili olduğu şəxslərin qolfla bağlı incəlikləri öyrənsinlər deyə onunla münasibətə başladığını deyib.

 "İnstagram"da 2.4 milyon izləyicisi olan Sperinak bu sahədə ən çox izlənən şəxslərdəndir.

Ünlü golfçü Paige Spiranac'tan olay itiraf! 'Benimle birlikte oldular'

Qadın qolfçu keçmişdə usta olduğu sahə ilə bağlı müəyyən məlumatları əldə etmək istəyən oğlanlar tərəfindən istifadə olunduğunu bildirib:

"Çarəsiz olduğum üçün kişilərin məni sevməsini istəyirdim. Təəssüf ki, görüşdüyüm oğlanlar məndən istifadə edirdilər. Bir nəfər mənimlə 7/24 qolf dərsləri almaq istəyirdi. 6 ay sevgili olduq. Bütün günümüz bir yerdə keçirdi. Həmin vaxt mənə sevgilisi olduğunu bildirməmişdi. Sonradan öyrəndim ki, eyni vaxtda həm onunla, həm də mənimlə sevgili olub. Bunu edənlər çox olub".