Braziliya millisinin və PSJ-nin ulduz futbolçusu Neymarın 52 yaşlı anası Nadine Qonsalvesin özündən 30 yaş balaca Tyaqo Ramosla sevgili olduğu barədə məlumat vermişdik.

Offsideplus.az xəbər verir ki, braziliyalı jurnalist Fabia Oliveyra şok iddia ilə çıxış edib. 

O Tyago Ramosun bundan əvvəlki sevgililərinin kişi olduğunu bildirib. Gənc modelin əvvəllər braziliyalı aktyor Karlinos Maya, milyonçu iş adamı Eduardo Pereyra və PR meneceri İrinaldo Oliverlə münasibətləri olub.

 İrinaldo Oliver Braziliyanın "O Dia" qəzetinə açıqlamasında bunu təsdiqləyib: "2017-ci ildən 2018-ci ilədək Tyaqo ilə birlikdə idim. Yeni sevgilisini görəndə çox təəccübləndim. Bu xəbərdən sonra telefonlarım susmadı. Onun qadınlara da marağının olduğunu bilirdim. Amma heç vaxt qadınlarla birlikdə görməmişdim" deyib.

Qeyd edək ki, Neymar anasının "Instagram" səhifəsində sevgilisi ilə fotosuna "Xoşbəxt ol, ana. Səni sevirəm" yazıb.

Neymar's mom makes her young boyfriend official on Instagram and ...