Türkiyənin "TV8" kanalında yayımlanan "Survivor" proqramında iştirak edən kikboks üzrə altıqat dünya çempionu Pərviz yarışı tərk etmək təhülkləsi ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, "Toxunulmazlıq oyunu"nda məğlub olan "Ünlülər"in yarısı adanı tərk etməyə namizəd kimi Pərvizin adını qeyd ediblər. Pərvizi zəif bənd görən komanda yoldaşlarının bu addımı tamaşaçılarla yanaşı "Survivor ekstra" ekspertlərini də təəccübləndirib."Survivor"un ən güclü keçmiş qadın iştirakçılarından olan Səma komanda yoldaşlarının "Ünlülər"in ən güclü kişi iştirakçısı Pərvizin adını yazmağı "tələ", "xəyanət" adlandırıb.
Qeyd edək ki, sabah səsvermənin nəticələri açıqlanacaq.