PSG-nin baş məşqçisi Tomas Tuxel komandanın futbolçuları Kilian Mbappe və Adrian Rabyonu cəzalandırıb.
Offsideplus.az xəbər verir ki, buna hər iki oyunçunun Liqa 1-in XI turunda Marseille ilə matç ərəfəsində məşqə gecikmələri səbəb olub.
Alman mütəxəssis Mbappe və Rabyonu buna görə ehtiyatda saxladığını bildirib: "Mən onlar olmadan oynamağı sevmirəm, amma bu, lazım idi. Belə şeylərə nifrət edirəm".
Qeyd edək ki, Marseille ilə matçda Kilian Mbappe 62, Andrian Rabyo isə 79-cu dəqiqədən etibarən meydanda olub. Qarşılaşma PSG-nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.