Fransızlar "Lill" ilə müqaviləsi başa çatan Yusuf Yazıcının xidmətində maraqlıdır.

Offsideplus.az xəbər verir ki, "Nitsa" və "Lion" türk ulduzu heyətinə cəlb etmək istəyir. Eyni zamanda La Liqadan "Real Betis" də futbolçunu komandalarında görmək niyyətindədir. Bu barədə "RMC Sport" məlumat yayıb.

Yusuf ötən mövsüm meydana çıxdığı 40 oyunda 12 qola və 4 məhsuldar ötürməyə imza atıb.