"Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti çalışdırıcı kimi ilk işini ala bilər.

Offsideplus.az xəbər verir ki, Fransanın “Renn” klubu 34 yaşlı mütəxəssisi komandaya təyin etmək variantını nəzərdən keçirir.

Davide Ançelotti heç vaxt baş məşqçi işləməyib. O, "Bayern", "Everton", "Napoli" və "Real Madrid"də atasının köməkçisi olub.