PSJ-nin baş məşqçisi Luis Enrike Ousman Dembele haqda qərarını verib. 

Offsideplus.az xəbər verir ki, mütəxəssis vingeri bağışlayıb. 

Bu məlumatı Fabritsio Romano yayıb. İnformasiyaya görə, fransalı ispaniyalı məşqçidən üzr istəyib. Futbolçu Liqa 1-in növbəti turunda "Nitsa" ilə matçda meydanda olacaq.

Qeyd edək ki, Dembele ilə baş məşqçi Luis Enrike arasında münaqişə yaşanmışdı. Bu səbəbdən də futbolçu Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Arsenal"la matçı buraxmalı oldu.