PSJ-nin qapıçısı Canluici Donnarumma parislilərlə yeni müqavilə imzalaya bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marsionun saytında məlumat verilib.

Mənbənin sözlərinə görə, tərəflər mövsümün sonunda gələcək əməkdaşlıq şərtlərini müzakirə etməyə hazırlaşır. İtalyanın kapitan olmaq istədiyi iddia edilir. Hazırkı müqavilə isə 2026-cı ilə qədərdir.

Bu mövsüm Donnarumma Liqa 1-də 25 oyun keçirib, 20 qol buraxıb.