Luis Enrike Kilian Mbappe barədə danışıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis fransız forvarda gələcəyi ilə bağlı uğurlar arzulayıb və beləliklə, Mbappenin PSJ-dən ayrılacağına işarə edib. 

 "Mbappeyə gələcəyi ilə bağlı yalnız ən yaxşısını arzulaya bilərəm. Gələcəyinin uğurlu olmasını diləyirəm", o deyib.

Qeyd edək ki, Kilianın klubla müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.