Fransanın “Reyms” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisi Belçikanın “Yunion” klubundan yarımmüdafiəçi Teddi Teumanı transfer edib.

Malta millisinin 29 yaşlı üzvü ilə 4 illik müqavilə imzalanıb. Fransa klubu bu transfer üçün “Yunion”a 6 milyon avro ödəyib.