"Lion"un prezidenti Jan Mişel-Olas vəzifəsindən ayrılıb.
Offsideplus.az klubun mətbuatına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisini idarə edən "Ol Group" şirkəti Olasın direktorlar şurasındakı və klubdakı səlahiyyətlərinə xitam verib. Onu bu vəzifədə "Lion"un yeni sahibi Con Tekstar idarə edəcək.
Olas isə klubun fəxri prezidenti olub.
Qeyd edək ki, 74 yaşlı funksioner 1987-ci ildən "Lion"a rəhbərlik edirdi.