Kristof Qaltye Fransanın PSJ klubundakı gələcəyi ilə bağlı açıqlama verib. 

Offsideplus.az yerli mətbuata istinadən xəbər verir ki, fransız mütəxəssis növbəti mövsüm üçün Paris təmsilçisində qalacağını bildirib:

"Növbəti mövsüm də PSJ-yə baş məşqçilik etməyi planlaşdırıram. Lui Kamposla gələn mövsümün heyəti üzərində çalışırıq. Heyətdə daha çox sabitlik olmasını istəyirik".