"Lyon" heyətini yeni futbolçu ilə gücləndirib.

 Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fransa təmsilçisi "Ayaks"ın sol cinah müdafiəçisi Nikolas Talyafikonu transfer edib. 29 yaşlı argentinalı futbolçu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb. Bu keçidə görə, Amsterdam klubu 4.2 milyon avro qazanıb.

Qeyd edək ki, 2018-ci ildən Argentina millisində çıxış edən oyunçu 25 matçda meydanda olub. Nikolas 2017/18 mövsümünün 2-ci yarısından oynadığı "Ayaks"da bütün turnirlər nəzərə alınmaqla 169 oyunda 16 qolla fərqlənib.