PSJ klubunun argentinalı yarımmüdafiəçisi Anxel Di Mariyanın agenti oyunçunu "Barselona"ya təklif edib.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı futbolçunun nümayəndələri Kataloniya klubunun rəhbərliyi ilə əlaqə saxlayıb və Di Mariyanın xidmətlərini təklif ediblər. Onun PSJ ilə hazırkı müqaviləsi iyunun 1-də başa çatır, bundan sonra o, azad agent kimi başqa kluba keçə bilər. "Barselona"nın yaş məsələsinə görə yarımmüdafiəçini transfer etməkdə tərəddüd etdiyi bildirilir.
Qeyd edək ki, Di Mariya 2015-ci ildə PSJ-də çıxış edir.