PSJ-nin argentinalı futbolçusu Anxel di Mariya maraqlı açıqlaması ilə diqqətləri çəkib.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi daha bir dünya ulduzunun PSJ-yə gəlmək istəyində olduğunu bildirib. O, Messinin ardınca Kriştiano Ronaldonun da Paris təmsilçisinin sıralarına qoşulmaq niyyətində olduğunu dilə gətirib.

"TyC Sports" nəşrinə danışan Di Mariya bunları söyləyib: "PSJ hazırda dünya futbolunda ən keyfiyyətli heyətə sahib olan kollektivdir. Kriştiano Ronaldo da komandamıza qoşulmaq istəyir. Əvvəl onunla oynamışam, ancaq etiraf edim ki, Messi kimisini görməmişəm".

Qeyd edək ki, Ronaldonun "Yuventus"la müqaviləsinin müddəti 2022-ci ilədəkdir.