“Monako” klubu təcrübəli futbolçusu Stevan Yovetiçlə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, eyniadlı şəhər təmsilçisi hücumçunun müddəti bitən müqaviləsini yeniləməyib.

Qeyd edək ki, Yovetiç 2017-ci ildən “Monako”da çıxış edirdi. O, bu mövsüm Liqa 1-də 29 oyunda 6 qol vurub.