Fransa 1-ci Liqasının 35-ci turunda “Monako” “Lion”a 2:3 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, 5 qırmızı vərəqənin göstərildiyi oyunda final fitindən sonra dava düşüb. Qarşıdurmanın səbəbi hələ ki, bəlli deyil. "Monako"dan Villem Jebel və Pyetro Pelleqri, “Lion”dan isə De Şılyo, Maksans Kakre və Marselo "qırmızı" ilə cəzalanıb.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra sona 3 tur qalmış "Monako" çempionluq yarışında ciddi zərbə alıb. "Lill" 76 xalla birinci, PSJ 75 xalla ikinci, Monako isə 71 xalla üçüncü pillədə qərarlaşıb. 35 oyuna 70 xal toplayan "Lion" dördüncüdür.