PSJ bir neçə gün öncə evləri soyularaq, ailəsi girov götürülən futbolçuları Anxel Di Mariya və Markinyos barədə ciddi tədbir görüb.

Offsideplus.az "Lequipe"ə istinadən xəbər verir ki, Paris təmsilçisi hər iki futbolçunun ailəsi üçün 7/24 qoruma təmin edib. Qorumalar hər 1 saat ərzində dəyişirlər.

Xatırladaq ki, "Nant"la oyun zamanı futbolçuların ailələri evdə olarkən cinayətkarlar mənzilləri soyub və onları girov götürüblər. Matç zamanı “parislilər”in idman direktoru Leonardo klubun baş məşqçisi Maurisio Poçettinoya bu barədə məlumat verib. Di Mariya qarşılaşmanın 62-ci dəqiqəsində əvəzlənib və ailəsinin yanında olmaq üçün dərhal evə yola düşüb.

Markinyosun ailəsinin qarət olunduğundan gec xəbər tutulub. Həmin an futbolçunun valideynlərinin evdə olduğu bildirilir.