PSJ-nin futbolçuları Anxel Di Mariya və Markinyosun evləri "Nant"la oyun zamanı qarət edilib.
Offsideplus.az xəbər verir ki, futbolçuların ailələri evdə olarkən cinayətkarlar mənzilləri soyub və onları girov götürüblər. Matç zamanı “parislilər”in idman direktoru Leonardo klubun baş məşqçisi Maurisio Poçettinoya bu barədə məlumat verib. Di Mariya qarşılaşmanın 62-ci dəqiqəsində əvəzlənib və ailəsinin yanında olmaq üçün dərhal evə yola düşüb.
Markinyosun ailəsinin qarət olunduğundan gec xəbər tutulub. Həmin an futbolçunun valideynlərinin evdə olduğu bildirilir.
Qeyd edilir ki, polis hadisə ilə bağlı araşdırmaya başlayıb, klub iki oyunçuya və onların ailələrinə tam dəstəyini təklif edəcək.
PSJ - "Nant" qarşılaşması 1:2 hesabı ilə başa çatıb.