Kilian Mbappenin PSJ ilə müqaviləsinin müddəti 2022-nin yayına qədərdir.

Klub rəhbərliyi 22 yaşlı futbolçu ilə yeni sözləşmə imzalamaq istəsə də, Mbappe tələsmir. Vəziyyətin bu cür olması isə rəhbərliyi narahat etməyə bilməz.

Offsideplus.az xəbər verir ki, Fransa millisinin üzvü yaya qədər yeni müqaviləyə qol çəkməsə, PSJ onu satmağa razı olacaq. Anlaşmanın gələn il bitməsi o deməkdir ki, klub ulduz oyunçunu pul qazanmadan itirə bilər. Ona görə də bəribaşdan maddi planda irəli düşmək istəyirlər. Mənbənin məlumatına görə, səbəbkarın özü də ümumi durumla tanışdır deyə, sözləşməni yeniləmir ki, yayda satılsın.

Qeyd edək ki, Mbappe ilə "Real" və "Liverpul" yaxından maraqlanır. Məşhur "transfermarkt"dəki dəyəri isə 180 milyon avrodur.