Fransanın “Monpelye” klubu “Yuventus”un hücumçusu Stefi Mavididini transfer edib.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı forvardla müqavilənin müddəti açıqlanmayıb. "Monpelye" bu transferə görə “Yuventus”a 6.3 milyon avro ödəyəcək.

Mavididi 2018-ci ildə “Yuventus”a keçib.