Fransanın “Nitsa” klubunun sahibi dəyişib.

Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisi İNEOS şirkətinə satılıb. İNEOS şirkətinin sahibi ingiltərəli iş adamı Cim Retkliffdir. Onun 24,5 milyard dollar sərvəti var.

Fransa mətbuatının iddiasına görə, İsveçrənin “Lozanna” klubunun və SKY velosiped komandasının sahibi olan 66 yaşlı Cim, “Nitsa”nın səhmləri üçün 120 milyon avro ödəyib.