"Renn"in yarımmüdafiəçisi Hatem Ben Arfa sabiq klubu PSJ-ni məhkəməyə verib.
Offsideplus.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, o, paytaxt klubundan təzminat almaq istəyir.
2017-ci ilin aprelindən 2018-ci ilin iyun ayına qədər PSJ-də əsas komandadan uzaqlaşdırılan fransalı futbolçu klubun onun karyerasına ağır zərbə vurduğunu bildirib 32 yaşlı futbolçu 7-8 milyon avroluq təzminat tələb edib.
Qeyd edək ki, Hatem Ben Arfa 2016-2018-ci illərdə PSJ-də oynayıb.