Fransa millisinin hücumçusu Antuan Qrizmann İspaniya “Atletiko”sunun tarixinə düşüb.

Offsideplus.az xəbər verir ki, o, Madrid klubunun heyətində Çempionlar Liqasında 20 qol vuran futbolçu olub.

Antuan yubiley qolunu  qrup mərhələsinin IV turunun “Borussiya” ilə ev matçında (2:0) vurub.