"Visente Kalderon" stadionu bu ilin sonuna kimi söküləcək.

Offsideplus.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 55 min tamaşaçı tutumuna malik arenada söküntü işləri artıq start götürüb. Stadionun sökülməsi 42,2 milyon avroya başa gələcək. Onun yerində yaşayış binaları tikiləcək və park salınacaq.

Qeyd edək ki, Atletico 51 il (1966-2017) ev oyunlarını "Visente Kalderon"da oynayıb. Madrid klubu 2017-2018 mövsümündən etibarən rəqiblərini "Vanda Metropolitano" stadionunda qəbul edir.