"Atletiko"ya (Madrid) 3 oyunluq cəza verildi.
Offsideplus.az xəbər verir ki, La Liqanın VIII turu çərçivəsində baş tutan "Atletiko" - "Real" qarşılaşmasında meydan sahiblərinin azarkeşləri tərəfindən Tibo Kurtuaya yad cisimlər atılmışdı. Nəticədə, hakimin qərarı ilə görüş 20 dəqiqə dayandırılmışdı.
Tərəfdarların bu davranışına görə, kluba cəza olaraq hadisələrin baş verdiyi qapıarxası tribunaya 3 oyun azarkeş buraxmamaq və 45 000 avro cərimə yazılıb.