Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" Almaniya II Bundesliqasının VIII turu çərçivəsində "Preussen Munster"i qəbul edib.
Offsideplus.az xəbər verir ki, millimizin hücumçusu start heyətdə meydana çıxıb. Emrelinin komandası "3-2" hesabı ilə qalib gəlib. Mahir 72-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Nürnberq" 10 xalla 10-cu pillədə qərarlaşıb.